Bakının bir hissəsi susuz qalacaq
Bildirilir ki, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azəerneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 8-9 dekabr tarixlərində məhdudiyyətlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Teqlər: