`Qətiyyən yolverilməzdir` - Deputat Xədicə İsmayıl haqda

`Qətiyyən yolverilməzdir` - Deputat Xədicə İsmayıl haqda
  08 Dekabr 2014    Oxunub:2046
“Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyətilə bağlılıq yoxdur, o, konkret bir şəxsin- vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib”.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

O hesab edir ki, hüquq mühafizə orqanlarının qanuni reaksiyasına siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və qətiyyən yol verilməzdir:

“Ən azı ona görə ki, Xədicə İsmayıl hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir”.

O vurğulayıb ki, Azərbaycanda söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti