Tağı Əhmədov söz verdi, yeni rəis isə... - `May- fay` söhbəti

Tağı Əhmədov söz verdi, yeni rəis isə... - `May- fay` söhbəti
  08 Dekabr 2014    Oxunub:4323
Xatırlayırsınızsa Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, metroda pulsuz internet sistemi quraşdırılacaq.
Tağı Əhmədov söz versə də indiyədək Bakı Metropolitenində bu sistemin qurulması ilə bağlı hər hansı iş görülməyib. Halbuki qarşıdan gələn I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq 2015-ci ildə bütün avtobus dayanacaqlarında pulsuz "Wi-Fi” quraşdırılacaq.

Bəs, bu sistem Bakı Metropolitenində tətbiq olunacaqmı?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, metroda "Wi-Fi” sisteminin quraşdırılması məsələsi gündəlikdə deyil, ümumiyyətlə belə bir məsələ müzakirə olunmayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti