Ərdoğan Putinə qarşı çıxmaqdan imtina etdi

Ərdoğan Putinə qarşı çıxmaqdan imtina etdi
  08 Dekabr 2014    Oxunub:1631
Avropa İttifaqının (Aİ) sanksiyalarına baxmayaraq rəsmi Ankara Rusiya ilə əməkdaşlığı davam etdirəcək.
AzVision.az-ın “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Yıldızın sözlərinə görə, Aİ-nin rəsmi Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq bir sıra ölkələr Rusiyaya ixracı davam etdirir.

Türkiyəli nazir həmçinin bəyan edib ki, Türkiyə Rusiya ilə olan əlaqələrə böyük önəm verir.
Yıldızın sözlərinə görə, Türkiyənin Rusiya qazına ehtiyacı var və rəsmi Ankara Rusiyaya Aİ ölkələri kimi münasibət göstərməyəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti