“Qarabağ” polisdən kömək istədi - AÇIQLAMA

 “Qarabağ” polisdən kömək istədi - AÇIQLAMA
  08 Dekabr 2014    Oxunub:1582
Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" (Milan) matçının biletləri bu gündən satışa çıxarılıb.
AzVision.az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi biletlərin “qara bazar”da satılmasının qarşısını almaq üçün artıq bir sıra tədbirlər görməyə başlayıb.

Klubun meneceri Asif Əsgərov deyib ki, bllet satışı yüksək səviyyədə həyata keçirilir: ““Qara bazar”da bilet satışının qarşını almaq üçün Respublika stadionunun kassalarına öz nümayəndələrimiz nəzarət edir. Biletlərin eyni şəxlərə çox satılmasının qarşısını almaq məqsədilə klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. Bundan əlavə polisə də müraciət etmişik. Bildirmişik ki, azarkeşlərin bileti üzərində yazılan qiymətlərlə almalarını təmin etsinlər”.

Xatırladaq ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi əvvəlki ev oyunlarında bilet satışında problemlər yaşanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti