Azərbaycan futbolunda biabırçılıq

Azərbaycan futbolunda biabırçılıq
  08 Dekabr 2014    Oxunub:2509
Azərbaycan birinci divizionunun 14-cü turunda keçirilən "Ağsu" - "Lokomotiv" matçının yarımçıq dayandırılmasının əsl səbəbi bəlli olub.
Qol.Az-ın məlumata görə, qonaq komandanın futbolçuları hələ matçdan əvvəl bir neçə aydır maaşlarının almadıqlarını bildirərək meydana çıxmaqdan imtina ediblər.

Buna baxmayaraq, sonra bəzi oyunçuları fikirlərin döndərmək mümkün olub. Və “Lokomotiv” oyuna çıxıb. Amma... cəmi yeddi nəfərlə. Beləliklə, birinci hissədə meydanda gülünc mənzərə yaranıb. “Ağsu” 11, “Lokomotiv” isə 7 nəfərlə oynayıb. Matçın birinci hissəsində meydan sahibləri “Lokomotiv”in qapısından iki top keçiriblər. Birinci hissə 2:0 hesabı ilə yekunlaşıb.

Fasilə zamanı isə “Lokomotiv”in daha bir neçə oyunçusunun meydana çıxmaq istəmədiyi bildirilib. Bu səbəbdən qonaq komandada meydana buraxmağa tələb olunan sayda (minimum 7 nəfər, bir komanda 6 nəfərlə qalarsa oyun dayandırılır) futbolçu tapılmadığından oyun yarımçıq dayandırılıb.

Qeyd edək ki, bu məsələ ilə bağlı AFFA İntizam Komitəsinin “Lokomotiv”ə texniki məğlubiyyət verəcəyi gözlənilir.

Əlavə edək ki, “Lokomotiv”in baş məşqçisi Novruz Əzimovdur.


Teqlər:





Xəbər lenti