Dünyanın kölə xətirəsi: ürək ağrıdan STATİSTİKA

Dünyanın kölə xətirəsi: ürək ağrıdan STATİSTİKA
  09 Dekabr 2014    Oxunub:5015
Avstraliyanın məşhur `The Walk Free Foundation` qeyri-hökumət təşkilatı dünyadakı kölələrin statistikasını açıqlayıb.

AzVision.az xəbər verir ki, təşkilatın apardığı araşdırma zamanı məlum olub ki, hazırda dünyada 36 milyon kölə var. Onlardan 29,8 milyonuna köləlik ailələrindən "miras" qalıb. Yəni ana və ya ataları insan alverinin qurbanlarıdırlar.

167 ölkə arasında aparılan araşdırma zamanı məlum olub ki, dünyada ən çox kölə Hindistandadır. 1 milyard 250 milyon insanın yaşadığı Hindistanda 14 milyon kölə var.

Dünyada ən çox kölələr bu ölkələrdə yaşayır:

1. Hindistan (14,285,700 nəfər)
2. Çin (3,241,400 nəfər)
3. Pakistan (2,058,200 nəfər)
4. Özbəkistan (1,201,400 nəfər)
5. Rusiya (1,049,700 nəfər)
6. Nigeriya (834,200 nəfər)
7. Konqo (762,900 nəfər)
8. İndoneziya ( 714,100 nəfər)
9. Banqladeş (680,900 nəfər)
10. Tailand (475,300 nəfər)

Qonşu İranda 336,700, Türkiyə 185 min, Ukraynda isə 112 min insanın kölə olduğu bildirilir.

Qeyd edək ki, sözügedən təşkilat bu siyahıya fahişəliyi, məcburi əməyi, borc kimi müddətli qulluqçuluq və uşaq istismarını nəzərdə tutur. Tədqiqatda ilk pillədə fahişəlik, daha sonraki yerdə isə məcburi əmək gəlir.

Anar


Teqlər:  





Xəbər lenti