ABŞ İŞİD-ə qarşı ordu yeridir

ABŞ İŞİD-ə qarşı ordu yeridir
  09 Dekabr 2014    Oxunub:1487
ABŞ-ın "İslam dövləti" radikal qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya daxil olan müttəfiq dövlətlər 1500-ə yaxın hərbçini İraqa göndərmək öhdəliyini öz üzərinə götürüblər.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə koalisiya qüvvələrinin komandanı general Ceyms Terri (James Terry) bildirib.

Hərbi qulluqçuların vəzifəsinə İraq və kürd qüvvələri nümayəndələrinə İD yaraqlıları ilə mübarizə üçün təlim və yardım göstərilməsi daxildir, bu barədə Reyter agentliyi xəbər verir. "Düşünürəm ki, bu (gəliş) tezliklə baş verəcək", - Terri Küveytdə jurnalistlər qarşısında çıxış edərək bildirib.

ABŞ bir sıra müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən Suriyada İD mövqelərinə havadan zərbələr endirməyə başlayıb, İraqda analoji əməliyyat avqustdan keçirilir. Bu zaman ABŞ Suriya hakimiyyətinin icazəsi olmadan aviasiyadan istifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti