“Facebook”dan möhtəşəm yenilik: Sirlər açılacaq

“Facebook”dan möhtəşəm yenilik: Sirlər açılacaq
  09 Dekabr 2014    Oxunub:7199
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” istifadəçilərə xəbər lentində dostlarının müəyyən qeydlərini axtarmaq imkanını verib.
AzVision.az-ın məlumatına görə, bu barədə sosial şəbəkənin yaydığı məlumatda bildirilir.

“Axtarış nəticəsində siz son zənginizdən olan videonu, oxumaq istədiyiniz məqaləni və ya ötən il baş tutan dostunuzun toyundan olan fotonu asanlıqla tapa biləcəksiniz”, - deyə “Facebook” bloqu tərəfindən yayılan məlumatda vurğulanır.

İndiyə qədər istifadəçi “Facebook” axtarış sistemində - məsələn “Game of Thrones” sorğusunu axtaran zaman ona populyar seriala aid qruplar və səhifələr təqdim olunurdu. Lakin sosial şəbəkənin etdiyi yenilikdən sonra sorğu nəticələrində həmçinin istifadəçinin dostlarının bu serial haqqında yazdıqları, fikirlər, fotolar və video görüntülərdə əks olunacaq. Sorğunu konkret istifadəçinin adını yazmaqla daha da konkret etmək olar.

Bundan əlavə yenilik rəfiqənizin ötən il “Facebook”da paylaşdığı resepti və ya ötən həftə dostlarınızın aktiv şəkildə müzakirə etdiyi məqaləni asanlıqla tapmağa imkan verəcək. Sorğu nəticələri bir beçə faktorlar (paylaşılma tarixi, digər istifadəçilər arasında populyarlıq və məlumatı paylaşan istifadəçiyə yaxınlıq) əsasında sıralanacaq.

İlkin olaraq sosial şəbəkənin yeniliyindən “detskop” versiyası və İOS tətbiqində əsas dili Amerikan ingilis dilini quraşdıran istifadəçilər istifadə edə biləcək. Paylaşımlar üzrə axtarışın aparılması barədə yenilin “Android” ƏS nə vaxt tətbiq olunacağı və hansı dildə aktivləşdiriləcyi barədə də məlumat verilmir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti