Pele xəstəxanadan evə buraxılır

Pele xəstəxanadan evə buraxılır
  09 Dekabr 2014    Oxunub:1296
Braziliyalı futbolçu Pele böyrəklərində aparılan əməliyyatlardan sonra sağalıb.
Azvision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, əfsanəvi futbolçu bu gün San-Paulu-da yerləşən Albert Eynşteyn adına klinikanı tərk edəcək.

“O, özünü yaxşı his edir və onda infeksiya olması təhlükəsi də yoxdur. Xəstənin tezliklə bərpa olunduğunu nəzərə alsaq, həkimlər konsiliumu onun xəstəxanadan çıxarılması barədə qərar qəbul edib”, - deyə Xəstəxanın yaydığı məlumatda vurğulanır.

Artıq Pelenin günorta radələrində mətbuat konfransı da keçirəcəyi də bilinir.

Qeyd edək ki, son ay ərzində 74 yaşlı Pele iki dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi, sonra böyrəklərindən əməliyyat olunmuşdu. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət etmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti