Ermənistan çətin durumda: qiymətlər sürətlə qalxır

Ermənistan çətin durumda: qiymətlər sürətlə qalxır
  09 Dekabr 2014    Oxunub:3275
Son 4 ildə Ermənistanda yaşayış səviyyəsi 21 faiz bahalaşıb. Bu hələ rəsmi rəqəmlərdir.
Bu barədə AzVision.az Ermənistanın “Çorrord İşxanutyun” qəzetinə istinadən xəbər verir.

Ermənistan Milli Statistika İdarəsinin hesabatına əsasən 2010-cu ilə müqayisədə ölkədə inflyasiya 20,6% olub.

“Ötən ilin noyabr ayı ilə müqayisədə inflyasiya 1,3% olub. Bu göstəricidə son günlər erməni dramın kəskin dəyərsizləşməsi nəticəsində yaranan inflyasiya göstəricisi nəzərə alınmayıb. Dekabr ayında qeydə alınacaq göstəricinin daha da pis olacağını təxmin etmək heç də çətin deyil”, - deyə qəzetdə nəşr olunan məqalədə vurğulanır.

Qeyd edək ki, son 16 gün ərzində Ermənistan dramı 10% dəyərdən düşüb. Ölkədə təxminən bütün ərzaq məhsullarında 10% bahalaşma qeydə alınıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti