Ermənistanda dərman da bahalaşıb

Ermənistanda dərman da bahalaşıb
  09 Dekabr 2014    Oxunub:1619
Ermənistanda dərman preparatları 8-9% bahalaşıb və qiymət artımının davam edəcəyi istisna edilmir.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “News.am” saytına müsahibəsində Ermənistan dərman istehsalı və idxalçıları birliyinin rəhbəri Samvel Zakaryan bildirib.

Zakaryanın sözlərinə görə, ölkədə dərman preparatlarının qiyməti iki faktordan asılıdır: Valyuta məzənnəsinin kəskin şəkildə artımı və noyabrın birindən etibarən qüvvəyə minən dərmanların məcburi şəkildə ştamplaşdırılması tələbi ilə bağlıdır.

Birlik vurğulayıb ki, Ermənistan dərman preparatlarına olan tələbatını 90%-ni idxal hesabına qarşılayır. Yerli istehsal isə öz növbəsində xaricdən idxal olunan xammal bağlıdır. Ona görə də daxili bazarda dərman preparatlarının qiyməti birbaşa olaraq valyuta məzənnəsindən asılıdır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti