Fəhlə binadan yıxılıb öldü

Fəhlə binadan yıxılıb öldü
  09 Dekabr 2014    Oxunub:1453
Şabranda tikintidə fəlakət yaşanıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuta xidmətinə istinadla verdiyi məlumata görə, hadisə dekabrın 8-də qeydə alınıb.

Hadisə Şabran şəhərindəki iaşə obyektlərindən birinin tikintisində baş verib. Tikintidə fəhlə işləyən rayon sakini Anar Xudaverdiyev 2-ci mərtəbədən yıxılıb.
Fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti