`Məni qəbiristanlığa aparmaq istəyirdilər... ” - Yazıçı Anar

`Məni qəbiristanlığa aparmaq istəyirdilər... ” - Yazıçı Anar
  09 Dekabr 2014    Oxunub:2546
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb. Ədəbi cameəyə yaxın mənbədən bildirilib ki, yazıçı Anar ürək döyüntüsü və yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu məlumatları dəqiqləşdirmək üçün yazçının özü ilə əlaqə saxladıq. Xalq yazıçısı AzVison.az-a açıqlamasında deyilənləri təkzib edərək səhhətində heç bir problemin olmadığını deyib:

“Mənim səhhətimdə müəyyən problemlərin yaranması barədə xəbərim yoxdur`-deyən Xalq yazıçısı zarafatından da qalmayıb :

`Dünən məni reanimasiyaya yerləşdirmişdilər. Qəbirstanlığa aparmaq istəyirdilər. Təzədən qaydıb gəldim. İndi işdəyəm. Mən hər gün işdə oluram. Zəng edin, gəlin görün ki, mən hələ ölməmişəm!`.


Teqlər:  





Xəbər lenti