Ermənistan 85 milyon avro kredit götürür
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Ermənistan Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “Qafqaz elektrik ötürmə şəbəkələri” proqramının birinci mərhələsinin maliyyələşdirilməsi üçün bank tərəfindən 85,2 milyon avro ayırıb. Bu məbləğin 75 milyonu bankın öz vəsaitlərindən, 10,2 milyonu isə Almaniya Federativ Respublikası tərəfindən ayrılıb.
Proqram əsasında Ermənistan və Gürcüstan energetika sistemlərinin birləşdirilməsi nəzərdə tutulur.
Proqramın birinci mərhələsinin dəyəri 105,2 milyon avrodur. Proqram həmçinin Avropa İnvestisiya Bankı ( 10 milyon avro)və Avropa Qonşuluq Siyasətinin İnvestisiya aləti (10,2 milyon avro) tərəfindən maliyyələşdiriləcək
Eldar Tanrıverdiyev