Messini dopinqə görə yoxladılar

Messini dopinqə görə yoxladılar
  09 Dekabr 2014    Oxunub:1616
“Barselona”nın arrgentinalı ulduzu Lionel Messiyə dopinq testi edilib.
AzVision.az xəbər verir ki, İspaniyanın Dopinqlə Mübarizə Agentliyinin qərarı ilə futbolçu test üçün qan verib. Bunun səbəbi isə son 4 oyunda 3 qol vurmasıdır.

Agentlik standart test üçün 5 oyunçu – Andres İniyesta, İvan Rakitic, Klaudio Bravo, Jordi Alba ve Lionel Messini seçsə də test üçün təkcə Messidən qan testi götürülüb.

Test zamanı çəkilən fotosunu İnstagram səhifəsində paylaşan Messi bu sözləri yazıb:

“Seçilən 5 futbolçudan təkcə mən testdən keçməli oldum. Qəribə deyil?”.

Bəzi media orqanları isə bu addımın Messini gözdən salmaq məqsədi daşıdığını iddia edir.

Fatimə


Teqlər:  





Xəbər lenti