İŞİD edam videolarına 200 min xərcləyib

İŞİD edam videolarına 200 min xərcləyib
  09 Dekabr 2014    Oxunub:1646
İŞİD terror təşkilatının ötən ay edam etdiyi 22 suriyalının videosunu hazırlamaq üçün 200 min dollar pul xərclədiyi məlum olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ınTerrorizm Aşardırma və Analiz Mərkəzi yayıb.

Mərkəzin yaydığı məlumata görə, videogörüntülərin çəkilişi zamanı hər növ texnologiyadan istifadə olunub. Görüntülərin HD formatında çəkildiyi videolarda təkcə bir nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini, onun isə Fransa vətəndaşı Maksim Haukhard olduğunu açıqlayıb.

Hesabatda həmçinin vurğulanıb ki, edam edənlərə `Cihadçı Con` ləqəbli terrorçu rəhbərlik edir və onların əksəriyyətinin üzü açıqdır.

Çəkilişlərin təxminən 4-6 saat arası davam etdiyi bildirilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti