Azay Quliyevin çıxışı erməni mətbuatını bir-birinə qatdı

Azay Quliyevin çıxışı erməni mətbuatını bir-birinə qatdı
  09 Dekabr 2014    Oxunub:2060
Azərbaycan Milli Məclisinin üzvü, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyevin ATƏT PA-nın Bazeldə keçirilən tədbirindəki çıxışı erməniləri qıcıqlandırıb.

Daha çox oxunan erməni saytları erməni nümayəndə heyətinin fəaliyyətinin, Ermənistanın xarici siyasətinin bərbad olduğunu, Azərbaycan nümayəndə heyətininin, Azərbaycan diplomatiyasının onları hər sahədə üstələdiyini qeyd ediblər.

Ən çox zərbə isə təbii ki, Ermənistanın ATƏT PA-da nümayəndə heytinin rəhbəri, hakim partiyanın təmsilçisi Artaşes Qeqamyana dəyib. Mətbuat Qeqamyanı çarəsizlikdə qınayıb, onu fəaliyyətsizliyinə və adekvat cavab vermədiyinə görə sərt tənqid edib.

Artaşes Qeqamyan isə özünümüdafiə üçün açıqlama verib və “qaş düzəltdiyi yerdə göz çıxarıb”.

Məlumat üçün deyək ki, ATƏT PA-nın növbəti Büro iclası dekabrın 4-5-də işini davam etdirib. ATƏT PA-nın gündəliyində duran məsələlər, Ukrayna böhranı, bölgədə təhlükəsizlik, Helsinki prinsiplərinə sadiqlik və s. kimi məsələlər avropalı deputatların gərgin müzakirələri ilə keçib.

Azərbaycanı təmsil edən deputat Azay Quliyev cıxış edərək gündəlikdə duran məsələlərə münasibət bildirib. A.Quliyev Avropa İttifaqının Ukraynadakı separatçılara qarşı tətbiq etdiyi sanksiyaları alqışladığını və bundan sonra separatçı liderlərin Avropa İttifaqı ərazisinə girişlərinin qadağan edilməsini müsbət qiymətləndirib.

A.Quliyev deyib ki, bu addım separatçı rejimlərə bir siqnal olmalı və onları belə qanunsuz hərəkətlərdən çəkindirməlidir. Bundan sonra azərbaycanlı millət vəkili avropalı parlamentarilərin diqqətini Qarabağ münaqişəsinə yönəldib. O, bu qadağa və sanksiyaların Dağliq Qarabağ separatçılarına da şamil olunmasının vacibliyini vurğulayıb.

Deputat təəssüflə qeyd edib ki, bəzi dövlətlər nəinki, Qarabağ separatçılarına qadağalar tətbiq etmri, tam əksinə, onları öz ölkələrinə dəvət etməklə bölgədə radikal separatizmi daha da alovlandırır.

A.Qeqamyan isə erməni mətbuatına açıqlamasında iddia edib ki, Azərbaycan tərəfi son illərdə ATƏT PA-nın bütün tədbirlərinə 1-2 ay qabaqdan hazırlaşır, avopalı deputatlara Ermənistan və Qarabağ haqqında yalnış məlumat verirlər.

Haqqin.az saytı Qeqamyanın sonuncu açıqlaması ilə bağlı Azay Quliyevin fikrini öyrənib. Azay Quliyev bildirib ki, Qeqamyanın belə gülünc açıqlamalarına öyrəşib və bu cür açıqlamalara ancaq yumorla cavab vermək olar.

Bazeldəki açıqlamaya gəldikdə isə A.Quliyev yenə də həmin fikirdə qaldığını bildirib. Deyib ki, Azərbaycan Ukraynadakı separatçılara qarşı tətbiq olunan sanskiyaları bəyənir və dəstəkləyir: “Avropa Birliyində bütün separatçılara eyni münasibət olmalıdır. Separatçıları yaxşı, pislərə bölmək olmaz, ən azından bu məsələdə ikili yanaşma olmamlıdır. Bəzi Avropa ölkələri bundan istifadə edirlər. Misal üçün, Fransa Qarabağ separatçılarını dəvət göndərir, onlar bu ölkəyə rahat səfər edirlər, fransalı deputatlar Azərbaycanın icazəsi olmadan, işğal olunmuş ərazilərə gedirlər. Bu özü separatçıları stimullaşdıran bir addımdır. Ona görə də Avropanı bütün separatçılara eyni gözlə baxmağa çağırırırq”.


Teqlər:





Xəbər lenti