Narışkin Krımı Ukraynaya verən liderlərdən danışdı
O, hələ 1991-ci ildə Rusiya Parlamentinin NATO-nun Avropada genişlənəcəyi barədə xəbərdarlıq bəyanatı qəbul etdiyini bildirib:
"Fikir verin, o zaman hələ Ukrayna böhranı yox idi. Krım isə təzə-təzə Ukraynanın tərkibinə girirdi. Bunların hamısı rusiyalı siyasətçilərin məsuliyyətsizliyi idi. 20 il ərzində 12 ölkə NATO-nun üzvü oldu. İndi sual yaranır ki, Avropada kim bu vaxta qədər parçalanma yaradıb? Bunu indi bütün günahların baiskarının Rusiya olduğunu deyənlər edib".