Duma Ermənistanın Aİİ-yə üzvlük məsələsinə baxacaq

Duma Ermənistanın Aİİ-yə üzvlük məsələsinə baxacaq
  10 Dekabr 2014    Oxunub:1500
Bu gün Rusiya Dövlət Dumasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişin təsdiqlənməsi ilə bağlı müzakirələr aparacaq.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ermənistan Aİİ-yə qoşulmaq üçün maksimum şəkildə iradə göstərib. Bu Aİİ-nin arxitekturasının formalaşdılması anlamında tarixi qərardır”, - deyə Rusya Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutskiy bildirib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti