“Azərbaycanla əməkdaşlığı genişləndirəcəyik” – Çavuşoğlu

“Azərbaycanla əməkdaşlığı genişləndirəcəyik” – Çavuşoğlu
  10 Dekabr 2014    Oxunub:1626
Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, tərəflər TANAP (Trans Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələrin reallaşdırılması çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 10-da Qarsda keçiriləcək.

Görüş çərçivəsində bir sıra məsələlər müzakirə edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti