AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Mənsurə Nuriyeva, dekabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Nadejda Zulitova-Loxonova, dekabrın 10-da Sumqayıt şəhərində yaşayan Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.