“Krım Rusiyanın baş ağrısıdır” – Medvedyev
AzVision.az-ın məlumatına görə, bu barədə Medvedyev rusiyalı jurnalistlərin yarımadanın Rusiyaya birləşdirilməsinin iqtisadi nəticələri barədə sualına cavablandırarkən bildirib.
“Krım - iqtisadi kateqoriya deyil. Biz Krım haqqında danışdıqda onun tariximiz, taleyimiz və müəyyən mənada da ağrımızdır”, - deyə Rusiya hökumətinin rəhbəri vurğulayıb.
Medvedyev həmçinin ölkə əhalisinin böyük hissəsinin Krımın Rusiyaya birləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, martın 17-də Krımda referendum keçirildi. 96 faizdən çox seçici Krımın Rusiyaya birləşməsinin lehinə səs verib.
Eldar Tanrıverdiyev