“Qarabağ”dan etiraz: polisə müraciət edildi

“Qarabağ”dan etiraz: polisə müraciət edildi
  10 Dekabr 2014    Oxunub:1790
“Biletlərin satıldığı kassaların qarşısında mühafizəçilər yerləşdirmişik”.
Bunu AzVision.az-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Klub rəsmisinin sözlərinə görə, onlar “qara bazar”da bilet satışının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər:

“Bizim hər hansı bir hüququmuz yoxdur ki, “qara bazar” əməkdaşını oradan uzaqlaşdıraq. Bunu hüquq-mühafizə əməkdaşlarının işçiləri edə bilər. Bizə belə müraciətlər olanda, həmin şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edirik. Biz nəzarət edirik ki, kassalardan bilet bizim müəyyən etdiyimiz qaydada satışa çıxsın. Biletlər kassadan olduğu qiymətə satışa çıxarılır”-deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” -“İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq. Bu oyuna böyük azarkeş marağının olduğunu nəzərə alan bəzi işbazlar normalda 2 manata olan biletləri, günlər öncədən kassalardan alaraq, 10-15 manata satırlar. Hazırda oyuna bilet almaq istəyən azarkeşlər belə bir problemlərlə qarşılaşır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti