Azərbaycanlı futbolçu Türkiyədən qovuldu

Azərbaycanlı futbolçu Türkiyədən qovuldu
  10 Dekabr 2014    Oxunub:2193
Türkiyənin “Dənizlispor” klubunda oynayan azərbaycanlı futbolçu Rail Məlikov nizam-intizama riayət etmədiyi üçün klubdan kənarlaşdırılıb.
AzVision.az-ın məlumatına görə, klubun baş məşqçisi Özcan Bizzati ilə mübahisəyə girən R.Məlikov haqqında artıq qərar qəbul edilib və onunla müqaviləyə son verilib.

Buna səbəb isə həmyerlimizin klubun gözləntilərini qarşılamadığı və klubun daxili qaydalarına əməl etmədiyi üçün kənarlaşdırılıb.

Baş məşqçi Ö.Bizzati məsələ ilə bağlı açıqlamasında bildirib ki, bunu Rail Məlikovun özü istəyib:

“Onu əsas heyətin oyunçusu kimi görürdüm. Ancaq məşqlərə qatılmırdı, həvəssiz idi. Mənə oynamaq istəmədiyini deyəndə isə şok oldum. Rəhbərliklə danışıb onu müddətsiz kənarlaşdırdıq. Artıq bizim üçün Məlikov kitabı bağlandı”.

Qeyd edək ki, bir müddət öncə isə R.Məlikov intizam qaydalarını pozduğu üçün 5 min türk lirəsi cəza almışdı.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti