Heydər Əliyevin 90 illik yubiley tədbirindən - FOTOLAR

Heydər Əliyevin 90 illik yubiley tədbirindən - FOTOLAR
  08 May 2013    Oxunub:1285
“Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Milli QHT Forumunun “Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda tədbir keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bildirib ki, azərbaycanlılar tarixən soyqırım və deportasiyalara mərzu qalıb. AQC sədrinin sözlərinə görə, bunlardan ən dəhşətlisi 1988-ci ildə soydaşlarımızın tarixi ərazilərindən çıxarılması olub.

“Tarix boyu azərbaycanlıların deportasiya və soyqırımına hüquqi-siyasi qiymət verilmədiyib. İlk dəfə olaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə böyük işlər görüb. Heydər Əliyev 31 mart soyqırımı ilə əlaqədar fərmanlar imzaladı və bu tarixi fakta hüquqi qiymət verildi”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bildirib ki, H. Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərin çox əhəmiyyətlidir. R.Zeyni bu tədbirlərin H. Əliyev siyasi irsinin araşdırılması istiqamətində bir şans kimi qiymətləndirib.

“XX əsrdə Azərbaycan xalqı bir çox dahilər yetişdirsə də, dövlətçilik və siyasi baxımdan Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun yenidən hakimiyyətə qayıtması ölkədə baş verən müəmmalı hadisələrə aydınlıq gətirdi və faciələrdən xalqımızı xilas etdi. Onun deportasiya olunan Qərbi azərbaycanlılarla bağlı verdiyi sərəncamlar xüsusi əhəmiyyət kəsb edir”.

Tədbirdə iştirak edən digər QHT rəhbərləri də çıxışı zamanı Heydər Əliyevin azərbaycanlıların deportasiyası və soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışıblar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti