DİN-dən “qara bazar” AÇIQLAMASI

DİN-dən “qara bazar” AÇIQLAMASI
  10 Dekabr 2014    Oxunub:1761
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda - sabah Bakıda Milan “İnter”i ilə qarşılaşacaq. Oyunu izləmək istəyən azarkeşlər isə biletlərin qiymətindən narazıdırlar. Belə ki, mətbuatda yayılan məlumatlarda da qeyd olunub ki, bəzi işbazlar normalda 2 manata olan biletləri, günlər öncədən kassalardan alaraq, azarkeşlərə 10-15 manata satırlar.
“Qarabağ” futbol klubundan isə bildiriblər ki, azarkeşlərin bilet narazılığı ilə əlaqədar olaraq polis orqanlarına müraciətlər edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov AzVision.az-a açıqlamasında bu müraciətlərin araşdırılacağını deyib:

“Klubun rəhbərliyinin bununla əlaqədar olaraq ərazi polis orqanlarına etdikləri müraciətlər sözsüz ki araşdırılacaq və bu məsələ nəzarətdə saxlanılacaq”.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:





Xəbər lenti