İordaniya şahzadəsi Bakıya gəlir

İordaniya şahzadəsi Bakıya gəlir
  10 Dekabr 2014    Oxunub:1859
İordaniyanın əfsanəvi kralı Xüseynin qızı, Dunay hakimi şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı, Beynəlxalq Atçılıq Federasiyasının Haya Bint Əl Hüseyn Bakıya gəlir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş Assambleyanın illik iclasının dekabrın 11-dən 14-dək Bakıda keçirilməsi barədə qərar qəbul edib.

Mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assambleyanın keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin noyabrında İsveçrənin Montrö şəhərində keçirilmiş Baş Assambleya ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqdimatı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.

Tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn və bu sahədə digər tanınmış nümayəndələrin ölkəmizə səfəri nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti