Fergüsson “Mançester”dən getdi

Fergüsson “Mançester”dən getdi
  08 May 2013    Oxunub:1502
26 illik əfsanə sona çatır...
“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüssonun mövsümün sonu komandanı tərk edəcəyi haqda xəbərlər təsdiqini tapıb.

Klubun rəsmi saytında yer alan məlumata görə, 2012/13-cü il mövsümünün sonunda ser Aleks Fergüsson komandanın baş məşqçisi vəzifəsindən istefa verəcək.

Qeyd edək ki, şotlandiyalı mütəxəssis 26 ildir ki, “Mançester Yunayted”ə rəhbərlik edib. Onun başçılığı altında “qırmızı-şeytanlar” 13 dəfə İngiltərə çempionu, 5 dəfə ölkə kubokunun, 4 dəfə İngiltərə liqa kubokunun, 10 dəfə İngiltərə superkubokunun qalibi olub. Bundan başqa, Fergüssonun rəhbərliyi altında komanda iki dəfə Çempionlar Liqasında, bir dəfə Kuboklar kubokunda, bir dəfə isə UEFA superkubokunda birinciliyi qazanıb.



Teqlər:  





Xəbər lenti