Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı xüsusi kurs keçib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı xüsusi kurs keçib
  10 Dekabr 2014    Oxunub:1695
Sentyabrın 15-dən dekabrın 5-dək Latviya Respublikasının Xarici İşlər Nazirliyinin və Korrupsiyanın Qarşısının alınması və Mübarizə Bürosunun (KNAB) dəstəyi ilə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan hüquqşünaslar üçün Riqa Ali Hüquq Məktəbində (Riga Graduate School of Law) ixtisasartırma kursları keçirilib.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Samir Mahmudov iştirak edib.

12 həftə davam etmiş intensiv kurslar zamanı yerli və xarici mütəxəssislər tərəfindən Avropa İttifaqının hüquq sistemi və anti-korrupsiya siyasətinin xüsusiyyətlərinin öyrənilməsinə dair müvafiq təlimlər keçirilib.

Bununla yanaşı, kurs iştirakçıları program çərçivəsində Belçika, Lüksemburq, İsveç və Estoniyaya tədris səfərləri edərək, həmin ölkələrin hüquq ənənəsi, onların müsbət anti-korrupsiya təcrübəsi ilə yaxından tanış olublar.

Nəzəri və praktiki məşğələlər nəticəsində iştirakçılar beynəlxalq cinayət hüququ, mülki hüquq, vergilərin hesablanması, habelə hüquqi yazı, hüquqi danışıqların aparılması bacarıqlarını və digər zəruri sahələr üzrə biliklərini artırmış və tədbirin sonunda onlara müvafiq sertifikatlar təqdim edilib.






Teqlər:





Xəbər lenti