`Qarabağ`ı çox bəyənirəm - Mançini

`Qarabağ`ı çox bəyənirəm - Mançini
  11 Dekabr 2014    Oxunub:1468
"Hansı heyətlə oynamağımızın fərqi yoxdur. Bakıya qələbə qazanmağa gəlmişik".
Bu sözləri "İnter"in baş məşqçisi Roberto Mançini deyib.

Sabah "Qarabağ"la qarşılaşacaq "İnter"in çalışdırıcısı bu gün Bakıda mətbuat konfransı keçirib. İtalyan mütəxəssis bildirib ki, Bakıda qələbə üçün oynayacaqlar:

"Biz bütün komandanı gətirmişik. Hətta qapıçılar da gəlib. Biz bura qələbə qazanmağa gəlmişik. Bizim gətirmədiyimiz oyunçuların 4-ü zədəli idisə, digərləri yorğun idilər. Amma bura gələn futbolçularla da meydana qələbə qazanmaq üçün çıxacağıq".

Mançini "Qarabağ"la bağlı da fikir bildirib: "Qarabağ"ı çox bəyənirəm. Sabah azarkeşləri maraqlı mübarizə gözləyir".

Rəqib çalışdırıcı Türkiyədə işləməyinizin “Qarabağ”la oyunda sizin üçün bir üstünlüyü olacaq" sualına belə cavab verib: "Türkiyədə işləməyin elə bir əhəmiyyəti yoxdur. “Qarabağ”ın oyununu təhlil etmişəm. Bura qələbə qazanmağa gəlmişik".


Teqlər:





Xəbər lenti