Ermənilərdən Serjə "sürpriz" - VİDEO
Sarkisyan hakimiyyətinin dəyişdirilməsi və təcili seçkilər keçirilməsini tələb edən ümumxalq hərəkatı bunun üçün proqram hazırlayır.
ANS TV-nin məlumatına görə, İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirilib. Ümumerməni mitinqinə minlərlə insan qatılıb. İrəvanın və Ermənistanın digər şəhərlərinin sakinlərinin də iştirak etdiyi aksiyada - “Serjik çıx get!” “İstefa” kimi şüarlar səsləndirilib.
Mitinq iştirakçıları hökumətin istefasını, həbsdə olan fəalların azadlığa buraxılmasını tələb ediblər. Hökumət əleyhinə edilən etirazlara Parlamentin üç müxalifət partiyasının nümayəndələri qatılıb.
Etiraz aksiyası xüsusi olaraq dekabrın 10-da qeyd edilən Beynəlxalq İnsan Haqları gününə təsadüf edib. “İrs” partiyası rəhbəri Raffi Ovanisyan mitinqdə çıxışında deyib ki, Ermənistan vətəndaşlarına insan kimi hörmət qoyulmur. Odur ki, o və digər parlament üçlüyü ölkədə Sarkisyan hakimiyyətini dəyişmək üçün mübarizəsini davam etdirəcək. Erməni müxalif xalqı Azadlıq meydanına çağıraraq öz haqlarını tələb etməyə səsləyib. Mitinq iştirakçıları hüquqi dövlət qurulana kimi etirazlarını davam etdirəcəklərini söyləyiblər. Daha sonra mitinqin qətnaməsi oxunub. Bildirilib ki, ümumxalq hərəkatı yaxın vaxtlarda fəaliyyət proqramını açıqlayacaq. Həmin proqram Sarkisyan hakimiyyətinin dəyişdirilməsini və növbədənkənar seçkilərin keçirilməsini nəzərdə tutur.
Mitinq başa çatdıqdan sonra ümumxalq yürüşü keçirilib. İrəvan küçələrində Sarkisyan hakimiyyətində narazıların çox minlik keçidi baş tutub.
Teqlər: