Çiskin, yağış, qar... - Bu günün havası
Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında axşam qərb rayonlarında, dekabrın 11-də bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: