Yəhudilər niyə belə ağıllıdır?

Yəhudilər niyə belə ağıllıdır?
  08 May 2013    Oxunub:15167
Bu sual əsrlərdir tədqiqatçıları düşündürür
Əsrlərdir yəhudilər bir çox sahələri öz nailiyyətləri ilə təmsil edirlər. Nəzərə çarpmayan dərəcədə azsaylı qrupun bu qədər böyük nailiyyət əldə etməsi insanları təəccübləndirməlidir.

Yəhudilər tarix boyu təlimləri yəhudi, xristian və müsəlmanlar üçün müqəddəs olan patriarx İbrahim; yəhudi və xristianların qanunverici hesab etdiyi Musa; İsa və onun davamçıları; xristianlığı yayan Paul kimi humanizmə təsir edən vacib fiqurlar yetişdiriblər.

Təkcə 20-ci əsrə nəzər yetirdikdə görərik ki, fizik Albert Eynşteyn, psixoanalizin atası Ziqmund Freyd, kommunist Karl Marks, iflic peyvəndinin yaradıcıları Conas Solk və Albert Sabin, Eynşteynin nəzəriyyəsi əsasında ilk atom bombasının yaradıcıları Feliks Blox, Nils Bor, Otto Friş, Robert Oppenheymer, Leo Szilard və Edvard Teller kimi şəxsiyyətlərlə yəhudilər müasir dünyanın formalaşmasında əsas rol oynayıblar. Yəhudilər 1930-cu ildə Avropada nüvə fizikası sahəsində üstün olduqları üçün bu nəzəriyyə “Yəhudi fizikası” adlandırılır.

Elvisin yəhudi mənşəli olması barədə dəlillər var.

Yəhudilər məhz həvəs, maraq, enerji, təsəvvür və əzmkarlıq xüsusiyyətləri ilə müxtəlif sahələrdə ön sıralarda dayanıblar.

Aşağıdakılara diqqət edin:

~ IQ-sü 140 və ya ondan çox olan yəhudilərin nisbəti digər etnik qruplardan altı dəfə böyükdür.

~ Dünya əhalisinin bir faizinin təxminən onda-ikisini təşkil edən yəhudilər 20-ci əsrin ikinci yarısında ədəbiyyat, tibb, fizika və kimya sahəsində əldə olunan Nobel mükafatının 29 faizini qazanıblar. Bu əsrdə həmin nisbət 32 faizə çatıb.

~ 1870-ci ildən 1950-ci ilədək ədəbiyyat, musiqi, vizual incəsənət, biologiya, kimya, riyaziyyat və fəlsəfə sahələrində yəhudilərin liderliyi Avropa və Şimali Amerikada yaşayan əhalinin nisbəti ilə bərabərlik təşkil edib.

~ 1954-cü ildə Nyu-York şəhərinin dövlət məktəbində IQ-sü 170-dən yüksək olan 28 uşağın 24-ü yəhudi olub.

Yəhudilərin tibb, hüquq, maliyyə, ədəbiyyat, elm, kreativ incəsənət və mediada üstünlük təşkil etmələri digər insanları heyrətə gətirir. “Ağıllı” və “qabiliyyətli” yəhudilərin intellektual üstünlüklərinə yəhudi nəşrlərində diqqət yetirək.

1994-cü ildə Çarles Murreyin “Zəng əyrisi” adlı əsəri insanlar və qruplar arasında intellektual qabiliyyətlə bağlı səs-küyə səbəb olmuşdu. Murreyin müşahidəsinə görə, ədəbiyyatda ən təsiredici iki əsər yahudilər tərəfindən və yəhudilər haqqında yazılıb: İvrit və xristian Bibliyası.

Murrey düşünür ki, yəhudilərin bu qabiliyyəti mühitdən asılı deyil, bu əsasən genetikdir və irsi olaraq ötürülür.

Talmudda qeyd edilir: “Fərd malik olduğunu digərinə ötürmək üçün ya alimin qızı ilə evlənməli, ya da qızını alimlə evləndirməlidir”. Orta əsrlərin yəhudi cəmiyyətində ravvinlər ən ağıllı insan hesab olunub və onlar zəngin tacirlərin qızları ilə ailə qurublar.

Xristianlarda isə əksinə idi: Roman katolik kilsəsində rahiblərə və keşişlərə evlənmək qadağan olunmuşdu.

Əsas faktlar iki alim – Maristella Bottiçini və Zvi Eksteyn tərəfindən yazılan “Yəhudilərin peşəkar seçimi” adlı məqalədə göstərilib. Məqalədə eramızın 64-cü ilində İoşua Ben Qamla tərəfindən verilən fərmana toxunulub. Fərmana əsasən bütün oğlanlar altı yaşlarından məktəbə getməlidirlər.

Bundan başqa, əsrlər boyu yəhudi kişiləri öz etiqadlarına sadiq qalmaq və uşaqlarını öyrətmək üçün ictimaiyyət qarşısında həmişə hündürdən oxuyublar. Murrey bildirir ki, dini oxumağı bacarmayan və ayinləri yerinə yetirə bilməyən aşağı intellektual səviyyəyə malik yəhudilər dindən uzaqlaşırlar.

Murrey onu da qeyd edir ki, genetik Kiril Darlinqtonun nəzəriyyəsinə görə, yəhudilər daha əvvəl – Yərusəlimin dağıldığı və eramızdan əvvəl 586-cı ildə Babil şahı 2-ci Navuxodonosorun dövründə formalaşıblar. Bibliyaya görə, israillilər arasında ən savadlılar Babilə aparılmışdır.

Bir əsrdən sonra sağ qalan və ya xarici vətəndaşlarla ailə quran israillilər geri qayıdıblar. Geri qayıdanlar yəhudi icmasının ən ağıllı nəslinin bərpası nəticəsində təşkil olunub. Yəhudilər “etnik təmizliyi” ötürmək üçün öz qrupları çərçivəsində ailə qurmağa davam ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti