`BAXCP-dən 297 namizəd var`
Bu sözləri deyən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini, bələdiyyə seçkilərinə namizədliyi qeydə alınmış Niyaməddin Orduxanlı bildirib ki, partiyalarından 297 namizəd seçkidə iştirak edir.
- Hazırda təblığat-təşviqat prosesi gedir. Artıq özümün də namizəd olduğum Abşeron rayon Mehdiabad qəsəbəsində seçki lövhələrinə plakatlarım yapışdırılıb. Mübarizə normal şəraitdə keçir. Mehdiabad bələdiyyəsinə 13 yer uğrunda 34 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin arasında partiya mənsubiyyəti olan şəxslərlə yanaşı, bitərəf şəxslər də var. Daha çox gənclərin namizədliyinin irəli sürülməsi nəzərə çarpır. Bu da çox sevindirici haldır,- deyə Orduxanlı bildirib.
BAXCP sədrinin müavini onu da bildirib ki, bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğrayıb: `Demək olar ki, bütün Azərbaycan üzrə 100 nəfər tapıb, namizədliyini irəli sürə bilməyiblər. Özlərini müxalifətin “anası” olmağı uğrunda mübarizəyə həsr ediblər. Əli Kərimli açıqlasın görək, onun partiyasından neçə nəfər namizədliyini irəli sürüb?”
Teqlər: