Dünyanın ən varlı müğənniləri – SİYAHI

Dünyanın ən varlı müğənniləri – SİYAHI
  11 Dekabr 2014    Oxunub:4245
ABŞ-ın “Forbes” jurnalının illik açıqladığı reytinqə görə bu il dünyanın ən çox gəlir qazanan müğənnisi Dr.Dre-dir.

AzVision.az-ın jurnala istinadən verdiyi məlumata görə, hesabat dövrü ərzində məşhur reper 620 milyon dollar qazanıb.

Nəşr bildirir ki, DrDre- siyahıda özü tərəfindən əsası qoyulan “Beats Electronics” şirkəti hesabına birinci pilləni tutub. Qeyd edək ki, bu şirkət yüksək klasslı audioqurğu istehsalı ilə məşğul olur.

Siyahıda ikini pillədə 115 milyon dollar gəlirlə Beyons gəlir.

Üçüncü və dördüncü yerləri müvafiq olaraq “The Eagles” (100 milyon) və Bon Jovi (82 milyon) rok-qrupları gəlir.

“Forbes”in siyahısında beşinci pillədə rok və folk ifaçı Bryus Sprinqstin (81 milyon) qərarlaşıb.

Bundan əlavə ilk onluğa Castin Biber (80 milyon), One Direction (75 milyon), Pol Makkartni (71 milyon), Kelvin Harris (66 milyon) və Tobi Kit (65 milyon) kimi müğənnilər də daxil olublar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti