Almaniya İŞİD-ə qarşı hərbçilər göndərir

Almaniya İŞİD-ə qarşı hərbçilər göndərir
  11 Dekabr 2014    Oxunub:1966
Almaniya hökuməti bundesverin “İraq və Şam İslam Dövləti” qarşı kampaniyasını genişləndirmək niyyətindədir.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, kürd hərbçilərə yardım məqsədilə 100-dən çox alman hərbçi göndəriləcək.

Məlumata əsasən, almaniyalı hərbçilər İŞİD-ə qarşı birbaşa döyüşlərdə iştirak etməyəcək. Onlar İraq kürdlərinə hərbi təlimlər keçəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti