Məktəbli qız mobil telefonu oğurlamaqda şübhəli bilinir.
AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova müəyyən olunub.