Məmmədyarov qələbə ilə başladı

Bu gün rapid turnirinin ilk dörd turu keçirilib. Turnirin ilk gününün yekunlarına əsasən Şəhriyar Məmmədyarov 2,5 xal, Teymur Rəcəbov isə 1 xal toplayıb.
Turnir cədvəlinə çinli qrossmeysterlər Van Hao, Van Yue və rusiyalı Aleksandr Qrişşuk başçılıq edir.
16 qrossmeysterin iştirak etdiyi rapid turniri İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Bu turnirin qalan üç turu sabah keçiriləcək, sonra mükafatçılar müəyyən ediləcək.
Dekabrın 13-15-də 15 qoşa turdan ibarət blits-turnir, dekabrın 16-17-də isə iki rəngli fiqurlarla eyni zamanda oyun üzrə turnir keçiriləcək. İsveçrə sistemi üzrə keçirilən bu turnir 5 turdan ibarət olacaq.
Şahmat üzrə Dünya İntellektual Oyunları dekabrın 17-dək davam edəcək.
AzVision.az