Hakimlər “Qarabağ”ın qolunu saymadı - YENİLƏNDİ

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi. Amma `Dnepr` 1:0 qalib gəlib.
`Qarabağ` isə qolsuz heç-heçə ilə oyunu başa vurub. Daha dəqiqi, komandamızın son saniyələrdə vurduğu qolu hakim qeydə almayıb.
Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğlub olmuşdu.