ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ-dan Rusiyaya yeni sanksiyalar
  12 Dekabr 2014    Oxunub:1690
ABŞ Senatı ölkə prezidenti Barak Obamaya Rusiyaya qarşı, həmçinin Rusiya hökuməti tərəfindən idarə olunan şirkətlərə qarşı yeni sanksiyalar tətbiq etmək hüququ verib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Bundan əlavə sənəd Ukraynaya hərbi köməyin göstərilməsini nəzərdə tutur.

Qanun mətnində göstərilir ki, “Əgər ABŞ prezidenti “Qazprom” şirkətinin NATO-ya üzv ölkələr, həmçinin Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdə qazın əhəmiyyətli hissəsini götürdüyünə dair qərar versə, o 45 gündən gec olmayaraq sanksiyalar tətbiq etməlidir”.

Sanksiyalar həmçinin “Rosoboroneksport” və digər Rusiya şirktələrinə qarşı da tətbiq edilə bilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti