“Dnepr”in futbolçusu: “Qarabağ” təmiz qol vurmuşdu”

“Dnepr”in futbolçusu: “Qarabağ” təmiz qol vurmuşdu”
  12 Dekabr 2014    Oxunub:2146
Ukraynanın “Dnepr” klubunun yarımmüdafiəçisi Sergey Kravçenko “Sent-Etyen” üzərində 1:0-lıq qələbəni şərh edib.
Bu barədə AzVision.az “Futbol 1”telekanalına istinadən xəbər verir.

“Bizə “Qarabağ” və “İnter” klublarının oyunun 0-0 hesabı ilə başa çatdığını dediklərində sevincimizin sərhədi yox idi. Biz “Sent-Etyen”lə oyunda qalib gəlmək barədə düşünürdük. Qalan hər şey isə tanrının əlində idi. Bəxtimiz gətirdi. İndicə “Qarabağ”ın vurduğu qola baxdıq. Təmiz qol idi. Onun qeydə alınmama səbəbini belə anlamadım. Sadəcə bəxtimiz gətirdi” - deyə, Kravçenko bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti