Olimpiya çempionu oğurluq üstündə tutulub

Olimpiya çempionu oğurluq üstündə tutulub
  12 Dekabr 2014    Oxunub:2138
Üzgüçülük üzrə 2004-cü il Olimpiya çempionu Lor Manodu Parisdə “Disneylend”də suvenir oğurlayarkən yaxalanıb.
AzVision.az-ın “Europe 1” telekanalına istinadən verdiyi məlumata görə, idmançının çantasında qiyməti ödənilməyən 200 avro dəyərində məhsul aşkarlanıb.

28 yaşlı idmançı öz dörd yaşlı qızı və rəfiqəsi ilə parkda yerləşən suvenir mağazalarından birindən çıxarkən saxlanılıb. Əvvəlcə polislər idmançının rəfiqəsinin çantasını yoxlayıb və orada dəyəri ödənilməyən 300 avroluq suvenir aşkarlanıb. Sonra isə nəzarətçilər Manodunu çantasını yoxlayarkən onun içərisində oğurlanmış əşyaların olduğunu aşkarlayıb.

Polis idarəsinə gətirilən qadınlar suvenirləri oğurladıqlarını etiraf edərək onların dəyərini ödəməyə hazır olduqlarını bildirib. Edilən xəbərdarlıqdan sonra Manodu və onun rəfiqəsi evə buraxılıb.

Lor Manodu üçqat Dünya Çempionatı və doqquzqat Avropa çempionudur. 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında üzgüçülük üzrə yarışlarda qızıl medal qazanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti