Elmar Məmmədyarov daha bir nazirlə görüşdü

Elmar Məmmədyarov daha bir nazirlə görüşdü
  08 May 2013    Oxunub:1132
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Rişad Basiudin ilə görüş keçirib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında sənaye və ticarət sahəsində mövcud olan əməkdaşlıq potensialı ətrafında fikir mübadiləsi aparılmış, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Həmçinin, hər iki ölkənin çay istehsal edən şirkətləri arasında uğurlu əməkdaşlığın qurulduğu təqdir edilib. Hər iki nazir bu uğurlu əməkdaşlığın digər sahələrə də sirayət edəcəyinə ümid etdiyini bildirib.

Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qorunmasına dair sazişlərin mətninin hazırlanması barədə razılıq əldə ediblər. Görüşdə eyni zamanda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə biznes missiyalarının həyata keçirilməsinə dair razılıq əldə olunub.


Teqlər:





Xəbər lenti