ANAMA-nın direktoru dəfn olunub

ANAMA-nın direktoru dəfn olunub
  12 Dekabr 2014    Oxunub:2415
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bu gün torpağa tapşırılıb.
AzVision.az apa-ya istinadən xəbər verir ki, N. İsmayılov ikinci Fəxri Xiyabanda dəfn edilib.

Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, ANAMA-nın kollektivi, baş nazirin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, dövlət və hökumət rəsmiləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlət rəhbərliyi adından mərhumun yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, N. İsmayılov 1944-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. İnşaatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayan N. İsmayılov bir çox dövlət qurumlarında, o cümlədən Sənaye və Tikinti Nazirliyinin dəmir-beton trestində baş mühəndis, trest müdiri, Sənaye-Tikinti Şirkəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Texniki elmlər namizədi, Beynəlxalq Mühəndislik Akademiyasının akademik məsləhətçisi olub. O, «Şərəf nişanı ordeni», «Tərəqqi» medalı, «Şöhrət» ordeni və "Azərbaycanın Əməkdar Mühəndisi" fəxri adı ilə təltif olunub. 2001-ci ildən ANAMA-nın direktoru olub. O, Azərbaycanda milli humanitar minatəmizləmə potensialının yaradılmasında mühüm rol oynayıb.




Teqlər:





Xəbər lenti