Almaniya Eynulla Fətullayevə qarşı kampaniyaya başladı

Almaniya Eynulla Fətullayevə qarşı kampaniyaya başladı
  08 May 2013    Oxunub:1274
Almaniyanın Solçular partiyasının insan hüquqları üzrə ekspertləri jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevə fövqəladə xəbər göndəriblər. Təşəbbüs anti-Azərbaycan kampaniyası daşıyır və onun əsas təşəbbüskarlarından biri erməniyönümlü Bundestaq deputatı Viola fon Kramondur. Həmçinin KİV-də Azərbaycan jurnalisti haqqında xüsusi sənəd yayılıb.
Bu sənəd həmçinin Almaniyanın aparıcı KİV-inə göndərilib. Almaniya koalisiyasının hazırladığı sənəddə bildirilir ki, Eynulla Fətullayev Almaniyada insan hüquqlarının pozulması barədə araşdırma apardığı halda, Azərbaycanda müxalifət və müstəqil jurnalistlər repressiyaya məruz qalır. Sənədə əsasən guya ki, E.Fətullayev Almaniyada insan hüquqlarının pozulması haqqında faktları qabardaraq, almaniyalı deputat Ştrasserin Azərbaycandakı siyasi dustaqlar haqqında məruzəsinə zərbə endirmək niyyətində olub.

Eyni zamanda, sənəddə Almaniyadakı bütün siyasi və ictimai təşkilatların E.Fətullayev ilə əməkdaşlığının dayandırılmasına çağırış qeyd olunub.

Hazırda, E.Fətullayev anti-demokratik cəhdlərinə görə, Almaniya ictimaiyyətinə cavab müraciəti hazırlayır.

“Almaniya hökuməti öz ictimaiyyətinə təzyiq göstərir. Qərb demokratiyasının əsl siması budur. Mən Merkel hökumətinə bildirirəm ki, Almaniyada vəziyyətin araşdırılması üzrə fəaliyyətimi davam edəcəyəm” - E.Fətullayev öz müraciətində qeyd edir.

AzVision.az


Teqlər:





Xəbər lenti