“Cənub axını” nın ləğvi rəsmən açıqlanıb

“Cənub axını” nın ləğvi rəsmən açıqlanıb
  12 Dekabr 2014    Oxunub:1749
Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç Rusiyanın energetika naziri Aleksandr Novakla telefon söhbətində “Cənub axını”nın ləğvi barədə məsələ təsdiqlənib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının yaydığı açıqlamada “Cənub axını” layihəsinin rəsmi şəkildə ləğv olunduğu bildirilib.

Bundan əvvəl Rusiya rəsmiləri layihədən vaz keçdiklərini desələr də, Brüssel bunun rəsmi surətdə təsdiq olunmasını tələb etmişdi. Bundan əvvəl isə M. Şevçoviç bildirmişdi ki, “Cənub axını” layihəsi ilə alınması düşünülən qaz həcmini əvəzləmək üçün Avropa Komissiyasının üç mümkün variantı var.


Teqlər:





Xəbər lenti