AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, Qızılavar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan kürsülü birmərtəbəli 6 otaqlı evin 1 otağının döşəməsi 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.