Futbol tarixinin ən böyük oyunçusu olmağa namizəd

Futbol tarixinin ən böyük oyunçusu olmağa namizəd
  13 Dekabr 2014    Oxunub:1973
"Real Madrid"in əfsanəvi futbolçusu Raul Qonzalez keçmiş komanda yoldaşı Kriştianu Ronaldo haqqında fikirlərini bölüşüb.
Raul portuqal ulduzun futbol tarixində ən yüksək zirvəyə qalxmaq ehtimalını yüksək dəyərləndirib.

"Ronaldo karyerasının pik nöqtəsindədir. O, dünyanın ən yaxşı futbolçusudur. Kriştianu eyni tempdə davam etsə, futbol tarixinin ən böyük oyunçusu olacaq. Ronaldonun əfsanəvi Pele və Maradonadan üstün olduğunu deyə bilmərəm. Futbolda kimin kimdən yaxşı olması biraz mübahisəli məsələdir".

Qeyd edək ki, peşəkar karyerasını "Sporting Lissabon"da başlayan Ronaldo 2003-cü ildə Ser Aleks Ferqyusson tərəfindən "Manchester United"ə gətirilib. "Qırmızı şeytanlar"la İngiltərə çempionluğu, Çempionlar Liqasının kuboku və s. mükafatlara sahib çıxan portuqal ulduz 2009-cu ildə "Real Madrid"ə rekord sayılan 80 milyon funta transfer olunmuşdu. "Kral klubu"nun heyətində 170 dəfə forma geyən Ronaldo 200-dən çox qplun müəllifidir. Portuqaliya yığmasında isə 118 oyun keçirən forvard 52 qol vurub


Teqlər:  





Xəbər lenti