Türkiyəli aktyora 20 il həbs istənildi- Fotolar

 Türkiyəli aktyora 20 il həbs istənildi- Fotolar
  13 Dekabr 2014    Oxunub:2146
Türkiyədə narkotik maddələr saxlamaq və istifadə etməkdə günahlandırılan məşhurlardan aktyor Hakan Yılmaz və sürücüsünün məhkəməsi keçirilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə 20 il həbs olunması istənilən aktyor Hakan Yılmaz dindirilib. O, sürücüsü Əhməd Sağlamın narkotik satışı ilə məşğul olması və bu işi görərkən onun avtomobilindən və nüfuzundan istifadə etməsindən xəbərsiz olduğunu deyib:

“Əhmədin işdən sonra nə etdiyini bilməyim mümkün deyil. Gün ərzində 18 saat çalışırıq. O məni səhər tezdən çəkiliş məkanına aparırdı, gecə ikidən sonra gəlib götürüdü. Çəkiliş zamanı heç kim narkotikdən istifadə edə bilməz. Biz həftədə 120 səhifəyə yaxın ssenari əzbərləyirik. Narkotik istifadəçisi bu qədər səhifəni necə əzbərləyə bilər”.

İstanbul 19. Ağır Cəza Məhkəməsi əməliyyatda tutulanlardan 5 nəfərin azad olunması, Əhməd Sağlamın isə məhkumluk müddətinin artırılmasına qərar verib. Növbəti məhkəmə fevralın 11-nə təyin edilib .

Qeyd edək ki, 6 Avqust 2013 tarixində İstanbul Narkotik İdarəsi təşkil etdiyi əməliyyatda aralarında tanınmış simalar daxil olmaqla 53 nəfər tutmuşdu. Onlar “narkotik ticarəti, maddələrdən istifadə etmək və saxlamaq”da ittiham olunurlar.

Müğənnilər Mehmet Erdem, Koray Candemir, Barış Güney və Cihan Güçlü, rejissorlar Uluç Bayraktar və Mehmet Can Karcı, aktyorlar Kenan İmirzalıoğlu, Engin Günaydın, Sarp Apak, Ersin Korkut, Gökçe Özyol, Murat Yıldırım, Eray Özbal, Cemil Büyükdöğerli, Duygu Yetiş, Kağan Razgırat, Onur Buldu, Şahin Irmak, Murat Eken, Erdem Baş 6-17 il, aktyor Hakan Yılmaz isə 20 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

Qalereya




Teqlər:





Xəbər lenti